19 may 2011 19:22
Millimizin qazaxlarla matçının biletləri mayın 24-də satışa çıxacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimiz iyunun 3-də Qazaxıstanın qonağı olacaq. Azerisport.az xəbər verir ki, artıq sözügedən oyunun hazırlıqlarına start verən qazaxlar bu oyun üçün biletlərin nə vaxt satışa çıxacağını da müəyyənləşdirib.
Sözügedən ölkə mətbuatının yaydığı məlumata görə Qazaxıstan – Azərbaycan matçının biletləri mayın 24-də satışa çıxarılacaq. Biletlər həmin gündən etibarən oyun gününə kimi qarşılaşmanın keçiriləcəyi “Astana Arena”nın kassalarında satılacaq. Qazaxıstan azarkeşləri bu biletləri daha 3 satış mərkəzində bu biletlərə sahib çıxa bilər. Lakin həmin məkanlarda satış günü iyunun 2-dək olacaq.
Sonda onu da xatırladaq ki, AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstan – Azərbaycan görüşü iyunun 3-də “Astana Arena”da keçiriləcək və yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.
