19 may 2011 19:43
“Gənclərə şans verdik ki, onların da Premyer Liqa təcrübəsi olsun”
“Turan”ın məşqçisi Eltay Aslanov Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun MOİK ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı 1:4 hesablı məğlubiyyətlə üzləşdikləri qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İlk öncə MOİK-i qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Bugünkü oyunda əsasən gənc yerli futbolçulara şans verdik ki, onların da Premyer Liqa təcrübəsi olsun. MOİK-ə uğurlar arzulayıram”.
