19 may 2011 20:15
Millimizin rəqibi heyətini açıqladı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Avstriya yığmasının baş məşqçisi Didi Konstantini rəhbərlik etdiyi komandanın yeni heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, avstriyalıların qarşıdakı Almaniya ilə seçmə, Latviya ilə yoldaşlıq oyununa 23 futbolçu çağırılıb.
Qapıçılar: Hans-Peter Berger (Admira), Kristian Qratsey (Sturm Graz), Helge Payer (Rapid);
Müdafiəçilər: Ekrem Dağ (Beşiktaş, Türkiyə), Aleksandar Draqoviç (Basel, İsveçrə), Kristian Fuxs (Mainz, Almaniya), Floryan Klayn, Manuel Ortlexner (hər ikisi “Austria”), Emanuel Poqatets (Hannover, Almaniya), Pol Şarner (West Bromwich, İngiltərə), Tomas Şrammel (Ried);
Yarımmüdafiəçilər: David Alaba (Hoffenheim, Almaniya), Yulian Baumqartlinger, Slatko Yunusoviç (hər ikisi “Austria”), Martin Harnik (Stuttgart, Almaniya), Andreas Hölzl, Manuel Ueber (hər ikisi “Sturm Graz”), Stefan Kulovits (Rapid), Kristof Leytqeb (Salzburg), Daniel Royer (Ried);
Hücumçular: Ervin Hoffer (Kaiserslautern, Almaniya), Mark Yanko (Twente, Hollandiya), Roman Kyenast (Sturm Graz).
Sonda onu da qeyd edək ki, millimizin AÇ-2012-nin seçmə mərhələsindəki qrupunda Avstriya və Almaniya ilə yanaşı, Türkiyə, Belçika və Qazaxıstan yığmaları da yer alır.
