20 may 2011 00:03
Bu da son
Premyer Liqada son tura da yekun vuruldu. Azerisport.az xəbər verir ki, sayca 19-cu Azərbaycan çempionatının son turunun son oyun günündə 3 qarşılaşma baş tutdu.
Məlum olduğu kimi, mövsümün sonuncu – 32-ci turunun daha çox maraq doğuran görüşləri ilk oyun günündə keçirilmişdi. Bu üzdən də son oyun günündəki görüşlər sadəcə formal xarakter daşıyırdı. Lakin nə qədər formal xarakter daşısalar da, bu oyunların hamısı kifayət qədər məhsuldar və maraqlı alındı.
Artıq elitanı tərk etməsi dəqiqləşmiş komandalardan MOİK "Turan"nı, "Simurq" isə "Gəncə"ni qəbul edirdi. Gözləmək olardı ki, birinci diviziona düşmüş bu komandalar bu rəqiblərinə uduzacaq. Məsələn, elə bu oyun ərəfəsində baş məşqçisi Qyoko Haciyevski ilə yollarını ayıran Zaqatala klubunun “Gəncə”ni məğlub yola salacağına çətin ki, kimsə inanardı. Xüsusilə də, doğma meydanda rəqib komandanın iki erkən qol vurmasından sonra. Lakin nə qədər gözlənilməz olsa da, köməkçi-məşqçi Böyükağa Ağayevin ümidinə qalan bölgə təmsilçisi 4 qol vuraraq, sürpriz şəkildə əzmkar qələbə qazanmış oldu. Hansı ki, bu qələbə zaqatalaların bu mövsümdə qazandığı ilk və son ev qələbəsi oldu.
Elə MOİK-in də qələbəsi sürpriz alındı. Özü də qarşılaşmada hesabı qonaqlar açmışdı. Lakin “Simurq” kimi, hərbçilər də elitayla vida matçında əzmkar qələbəyə sevindilər. Həm də “Turan”ı hesabı açmasına peşman etmək şərtilə. Axı paytaxt təmsilçisi nəinki tovuzluların vurduğu qolun əvəzini çıxdı, həm də əlavə 3 top vurdu ki, Ramil Əliyevin yetirmələri heç bir oyunda belə məhsuldarlıq nümayiş etdirməmişdi.
Lakin bu iki qarşılaşma formal xarakter daşısa da, "Qəbələ" ilə "Muğan"ın "Şəfa" stadionundakı qarşılaşması bir qədər prinsipial əhəmiyyətə malik idi. Çünki bu iki komanda ikinci altılığın liderini müəyyənləşdirməli idi. Toni Adamsın komandasına bu oyunda heç-heçə də kifayət edirdi. Lakin uduzacağı halda, ikinci altılığın lideri “Muğan” olacaqdı. Lakin "Qəbələ" həlledici oyunda daha bir qələbə qazanaraq, ilk pillədə yer almasının təsadüfi olmadığını isbatlamış oldu.
Beləcə, 10 aylıq bir dövrü əhatə edən sayca 19-cu Azərbaycan çempionatı başa çatmış oldu. “Neftçi”nin sayca altıncı çempionluğunu qazandığı mövsümün gümüş mükafatçısı “Xəzər Lənkəran”, bürünc medalçısı isə “Qarabağ” oldu. “Simurq”la MOİK isə elitadakı uğursuz çıxışının layiqli nəticəsi kimi növbəti mövsümdən birinci divizionda çıxış edəcək. Onları gələn mövsümdə Premyer Liqada aşağı divizionun qalibi “Abşeron”la ikinci yeri tutmuş “Rəvan” əvəzləyəcək.
Premyer Liqa
32-ci tur
MOİK - Turan - 4:1 (0:1)
Qollar: Azər Məmmədov, 41 (0:1), Orxan Babayev, 48 (1:1), Comərd Baxşəliyev, 52 (2:1), Orxan Babayev, 70 (3:1), Natiq Əkbərov, 83 (4:1).
Vərəqə: Azər Səfərli, 80 -sarı
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Akif Məmmədov.
19 may 2011. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 100 tamaşaçı
MOİK: 16. Tariyel Hüseynov, 3. Ramin Tanrıverdiyev, 6. Emin Mustafayev, 7. Zeynalabdin Hüseynov, 8. Ruhid Usubov (20. Azər Səfərli, 64), 11. Səbuhi İsmayılov (10. Orxan Babayev, 46), 14. Tural İsgəndərov (13. Comərd Baxşəliyev, 46), 26. Nicat Tağıyev, 19. Natiq Əkbərov, 21. Emin Cəfərquliyev, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 12. Ceyhun Qədirli, 2. Şamil Səlimxanov, 17. Aqşin Mehtiyev, 23. Məhəmməd Bağırzadə.
Baş məşqçi: Ramil Əliyev.
Turan: 16. Ramil Kərimov, 22. Məhərrəm Müslümzadə (k) (2. Hüseyn Qasımi, 46), 24. Seymur Tağıyev, 27. Qüvvət Əmrahov, 14. Tuqay Alhüseynli, 8. Akif Tağıyev, 15. Cavid Tağıyev, 17. Orxan İsmayılov (6. Elmixan Məmmədov, 46), 11. Azər Məmmədov, 7. Qalib Əmrahov (19. Sübhan Həsənov, 46), 9. Rəşad Piriyev.
Ehtiyat oyunçular: 26. Natiq Səhrətov, 78. Emin Müsəllimli, 18. Emin Sadıqov, 45. Fərmayıl Əliyev.
Məşqçi: Eltay Aslanov.
Simurq - Gəncə - 4:3 (1:2)
Qol: Samir Abdulov, 2 (0:1), Elçin Seyidov, 22 (0:2), Əli Bağırov, 44 (1:2),Tofiq Mikayılov, 51 (2:2), Elvin Yunusov, 65 (3:2), Əli Bağırov, 66 (4:2), Elxan Əzizov, 89 (4:3).
Hakimlər: Rauf Cabbarov, Samir Hacıyev, Elşən Acalov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
19 may 2011. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 350 tamaşaçı.
Simurq: 1. Fuad Əhmədov, 2. Səbuhi Həsənov, 17. Rüstəm Məmmədov (8. Qərib İbrahimov, 25), 3. Rasim Ramaldanov (k), 28. İlkin Qırtımov, 6. Mikayıl Rəhimov, 5. Elvin Yunusov, 15. Elvin Musazadə (11. Dilqəm Əsgərov, 62), 25. Tofiq Mikayılov, 9. Əli Bağırov, 10. Vasif Əliyev (20. Qafar Qafarov, 56).
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 14. Anar Həsənli, 13. Laçın Şəkərov, 18. Nəsib Əliyev.
Məşqçi: Böyükağa Ağayev.
Gəncə: 16. Habil Hüseynov, 3. Nicat Məmmədov, 8. Məhərrəm Hüseynov, 9. Samir Abdulov (7. Ramal Hüseynov, 70), 10. Vüsal İbrahimov, 6. Elçin Seyidov, 17. Renat Sultanov (5. Mətləb Məmmədov, 46), 23. Elxan Əzizov, 20. Vüsal Hüseynov (k) (15. Şahin Kərimov, 46), 14. Asəf Qədiri, 27. Təbriz Hüseynli.
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 4. Azər Məmmədov, 25. Kristaps Qrebis, 2. Xəyal Mustafayev.
Baş məşqçi: Mehman Allahverdiyev.
Qəbələ - Muğan - 2:1 (1:1)
Qollar: M.Hüseynov, 16 (0:1), Con Pelu, 38 (1:1), Y.Abuzərov, 87 (2:1).
Vərəqələr: Deon Barton, 23, Arif İsayev, 65, Abdulkader Kamara, 77, Saşa Yunisoğlu, 78 - Taqim Novruzov, 18, Novruz Məmmədov, 69, Ekrem Hodziç, 90 – sarı.
Hakimlər: Elçin Məmmədov, Samir Hüseynov, Həsən Babayev, Alik Yunusov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
19 may 2011. Bakı. “Şəfa” stadionu. 400 tamaşaçı
Qəbələ: 30. Anar Nəzirov, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov, 10. Deon Barton (29. Amil Yunanov, 90), 14. Milan Antiç, 16. Abdulkader Kamara, 17. Arif İsayev (25. Nuran Qurbanov, 68), 22. Murad Hüseynov (24. Tərzin Cahangirov, 85), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Sergey Sokolov, 20. Kristian Torres.
Məşqçi: Qari Stivens.
Muğan: 12. Davud Kərimi, 5. Novruz Məmmədov (k), 6. Taqim Novruzov, 8. Tural Axundov, 11. Con Pelu, 14. Fərid Həşimzadə, 7. Pərvin Paşayev (17. Ravi Rəhmanov, 77), 19. Zaur Əsədov, 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres, 39. Hüseyn Axundov (16. Sergey Çernışev, 65).
Ehtiyat oyunçular: 88. Kənan Bayramov, 3. Miloş Zeçeviç, 4. Elxan Cəbrayılov, 21. Ceyhun Abdullayev, 25. Nəriman Həsənov.
Məşqçi: Bəhmən Həsənov.
Xatırladaq ki, hesabat turunun digər üç qarşılaşması 1 gün öncə keçirilmişdi: Bakı – İnter - 0:1, AZAL – Qarabağ - 3:1, Neftçi - Xəzər Lənkəran - 1:1.
|
1
|
Neftçi
|
32
|
19
|
10
|
3
|
53-17
|
67
|
|
2
|
Xəzər Lənkəran
|
32
|
16
|
12
|
4
|
38-18
|
60
|
|
3
|
Qarabağ
|
32
|
17
|
7
|
8
|
41-22
|
58
|
|
4
|
AZAL
|
32
|
13
|
10
|
9
|
36-28
|
49
|
|
5
|
İnter
|
32
|
13
|
10
|
9
|
29-24
|
49
|
|
6
|
Bakı
|
32
|
10
|
10
|
12
|
33-32
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
32
|
13
|
12
|
7
|
31-18
|
51
|
|
2
|
Muğan
|
32
|
13
|
8
|
11
|
29-31
|
47
|
|
3
|
Gəncə
|
32
|
8
|
12
|
12
|
33-37
|
36
|
|
4
|
Turan
|
32
|
7
|
6
|
19
|
24-47
|
27
|
|
5
|
Simurq
|
32
|
4
|
7
|
21
|
20-52
|
19
|
|
6
|
MOİK
|
32
|
4
|
6
|
22
|
14-55
|
18
|
Bombardirlər:
18 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
