19 may 2011 11:28

Slavço Georgiyevski: Bu, mənim karyeramda ən çətin mövsümdü

“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski Premyer Liqanın cari mövsümünün soncun - 32-ci turunun “Xəzər Lənkəran”la oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Çox az adam inanardı ki, “Neftçi” lazımsız oyunda belə çıxış edər...
- Biz ki, öncədən sonadək oynayacağımızı demişdik. XL-la oyuna əllərimizi yana salıb çıxa bilməzdik. Sonda arxayınlaşmadıq və göstərdik ki, lənkəranlılardan güclüyük. Oyuna, eləcə də qol vəziyyətlərinə görə rəqibi üstələyirdik. Hətta hakim də onlara kömək edə bilmədi. Oyun tək qapıya gedirdi. Uşaqlar çox çalışdılar. Biz rəqibi yaxşı tanıyırdıq və buna uyğun da taktika seçmişdik. Taktikamız da özünü tam doğrultdu.
 
- Rəşad Abdullayevin meydandan qovulması işinizi çətinləşdirmədi?
- O, meydandan qovulana kimi biz 12 nəfərlə oynayırdıq. Azarkeşlərimilə birgə. Sonradan güclər bərabərləşdi (gülür). Amma hətta Rəşad meydandan qovulandan sonra da öz taktikamızı dəyişmədik. Əksinə, azlıqda qalmağımız bizim üçün əlavə bir stimul oldu. Azlıqda qalmağımızı unutmuşduq. Əgər azarkeşlərimiz növbəti mövsümdə də bizi belə dəstəkləsə, onda biz yenə çempion olacağıq.

- Çoxlu qol vəziyyətlərinə rəğmən, qələbə qazana bilmədiniz...
- İkinci hissədəki erkən qoldan sonra ən azı bir dəqiqə topu özümüzdə saxlamağımız, üstünlüyü ələ almağımız lazım idi. Ondan sonra asan olacaqdı. Lakin ani olaraq konsentrasiyanı itirdik. Sona kimi oynamaq lazımdı. Nə qədər qol epizodundan yararlana bilmədik.
 
- Çempionluğu çoxdan təmin etsəz də, bu günkü sevincinizi görən elə bilərd ki, məhz XL-la oyunda qızıl medallara sahib çıxmısız...
- Bütün sevincimiz səmimi idi. Çempionluğu AZAL ilə səfər matçında təmin etmişdik. Amma kuboku doğma meydanda almalı idik. Hər şeydən önəmlisi isə odu ki, biz çempionuq və titulu geri qaytarmışıq.
 
- Qızınızı qucağınızda gəzdirdiyinizi və ağladığınızı gördük...
- Bütün bunlar emosiyadı. Sadəcə, özümü saxlaya bilmədim. Bu mövsüm çox əsəb itirdik. Bu, mənim karyeramda ən çətin mövsümdü. Çünki Azərbaycan çempionatında çoxlu yaxşı komandalar var.
 
- İndi azarkeşlər sizdən Çempionlar Liqasında uğur gözləyir...
- Bir az istirahət edək, güc yığaq, hər şey yaxşı olacaq. Mən söz vermirəm ki, biz böyük uğurlar qazanıb, bu turnirin qrup mərhələsinə düşəcəyik. Amma çalışacağıq. Azərbaycanın Avroviziyadakı qələbəsindən sonra futbolçuların da beynəlxalq arenada uğur qazanmaq vaxtıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.