20 may 2011 00:05
Ünal Aysal rəsmən açıqladı: Fatih Terim GS-da!
Türkiyənin “Galatasaray” klubun yeni prezidenti Ünal Aysal “sarı-qırmızılı” komandanı çalışdıracaq baş məşqçinin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına gətirilməsi gözlənilən Fatih Terim xəbərləri özünü doğruldub.
Belə ki, canlı yayımda hədəflərini açıqlayan “Galatasaray” prezidenti Ünal Aysal Fatih Terimin 3-cü dəfə bu komandaya rəhbərlik edəcəyinin dəqiqləşdiyini dilə gətirib: “Fatih Terimlə əl sıxdıq. Sabahdan etibarən müqavilələr bağlanılacaq. Bizim üçün əl sıxmaq önəmli. Fatih Terim də, biz də sözümüzün adamıyıq. Sabah günortadan sonra Fatih Terim işinin başında olacaq. Hələlik köməkçiləri bəlli deyil. Önümüzdəki günlərdə hər şey daha da dəqiqləşəcək”.
Transfer siyasətindən də danışan klub rəhbəri bunları söyləyib: “Heyətin böyük qisminin göndəriləcəyini demişəm. Yeni gələnlərə gəlincə, sabah Yohan Elmanderi (İsveç yığmasının İngiltərənin “Bolton” klubunda forma geyən hücumçusu) ictimaiyətə açıqlayacağıq. Kim Kallström də istədiyimiz bir oyunçudu”.
