19 may 2011 12:18
Millimizə 15 futbolçu çağırıldı
Çimərlik futbolu Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış komandamızın Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədilə təşkil olunacaq.
Hazırlıq prosesi mayın 27-dən iyunun 5-dək Bakı şəhərində baş tutacaq. Toplanışa dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Elvin Quliyev, Emin Kürdov, Vaqif Şirinbəyov, Elnur Əhmədov, Namiq İsgəndərov, Ramil Əliyev, Elşən Hüseynov, Namiq Həsənov, Nahid Mehrəliyev, Ümid Hüseynov, Əli Hüseynov, Əbdül Əliyev, Comərd Baxşəliyev, Sabir Allahquliyev, Anar Məmmədov.
