19 may 2011 00:26
Möhtəşəm sonluq
Premyer Liqada 2010/11 mövsümünü artıq başa çatmış hesab etmək olar. Azerisport.az xəbər verir ki, artıq əsas prinsipial xarakter daşıyan qarşılaşmaların geridə qaldığını nəzərə alsaq, cari mövsümə yekun vurmaq mümkündü.
Şübhəsiz ki, bütün futbolsevərlər cari mövsümün yekun turunun ilk oyun günündə baş tutan qarşılaşmaları daha maraqla gözləyirdi. Axı bütün qaranlıq məqamlara məhz dünənki üç oyunda aydınlıq gəlməliydi. Necə ki, belə də oldu.
Qapanış turunun ilk oyununda “Bakı” paytaxt derbisində “İnter”i qəbul edirdi. Aleksandr Starkovun komandası üçün bu oyunun heç bir prinsipial əhəmiyyəti qalmasa da, onlar sadəcə imic xatirinə mövsümə qələbə ilə yekun vurmağı hədəfləyirdi. Əks düşərgədə isə vəziyyət tam fərqliydi. Çünki avrokuboklara vəsiqə qazanmaq şansı qalan “bankirlər” AZAL-ın “Qarabağ”la oyunda xal itirəcəyinə ümid bəsləyərək mütləq qələbə qazanmaq istəyirdi. Məhz bu halda “İnter” Avropa Liqasına vəsiqəni təmin edə bilərdi. Düzdü, “İnter” bu vəsiqəyə finalına çıxdığı kuboku qazanmaqla da sahib ola bilərdi. Lakin həmin final matçında onlar qələbə qazanmaya da bilərdi. Belədə, Premyer Liqada dördüncü yeri tutan AZAL avrokuboklara son vəsiqəyə sahib olacaqdı. Odu ki, ötən mövsümün çempionu hər ehtimala qarşı avrokuboklara vəsiqəni sığortalamalıydı. Düzdü, "bankirlər" bu görüşdə qələbə qazanaraq, müvəqqəti də olsa, dördüncü pilləyə yüksəldilər. Lakin hadisələrin sonrakı axarı onlar üçün heç də yaxşı cərəyan etmədi.
Günün daha bir maraqlı qarşılaşması məhz “İnter”in məğlub olmasını arzuladığı AZAL ilə “Qarabağ” arasında keçirilirdi. Ağdam klubu ikinci pillədə qərarlaşan “Xəzər Lənkəran”ın “Neftçi” ilə prinsipial oyunda xal itirəcəyi halda da onu qabaqlamaq şansına malik olduğundan, mübarizəsini sona kimi davam etdirmək istəyirdi. Amma avrokuboklara vəsiqə üçün bu oyuna son şans kimi baxan Nazim Süleymanovun komandası da “İnter”in qələbə qazandığını bildiyi üçün dördüncü pilləni tutmaq üçün mütləq ağdamlıları məğlub yola salmalı idi. Qarşılaşma onlar üçün bir qədər pis başladı. Georgi Adamiya hesabı açmaqla həm də qollarının sayını 18-ə çatdırdı və 2010/11 mövsümünün bombardiri olmasını rəsmiləşdirdi. Lakin onun bu dəfəki qolu komandasına xeyir gətirmədi. Çünki fasiləyə kimi iki ardıcıl qol vuran “təyyarəçilər” bir qədər gözlənilməz olan əzmkar qələbəyə imza atdılar. Nəticədə AZAL avrokuboklara vəsiqə şansını saxlamış oldu. İndi hər şeyə kubokun final matçında aydınlıq gəlmiş olacaq. Mayın 24-də XL “İnter”i yensə, o zaman Avropa Liqasındakı digər təmsilçimiz məhz Nazim Süleymanovun komandası olacaq. Əks halda isə “İnter” bu şansa yiyələnəcək.
İlk oyun gününə daha prinsipial xarakter daşıyan “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı “Böyük oyun”la yekun vuruldu. Bu qarşılaşma artıq bir neçə tur öncə çempionluğunu təmin etmiş paytaxt klubu üçün o qədər də vacib əhəmiyyət kəsb etmirdi. Arif Əsədovun komandası sadəcə əzəli rəqiblə duelə imic xatirinə qələbə qazanmaq üçün çıxmışdı. Axı bu komandanın azarkeşləri cari mövsümdə baş tutan görüşlərdə “Xəzər Lənkəran” üzərində bir dənə də olsun qələbə qazanılmamasından narazı idilər. Onlar çempionluğu daha layiqli hesab etmək üçün mövsümün son “Böyük oyun”unda cənub təmsilçisi üzərində mütləq qələbə qazanılmasını tələb edirdilər. “Xəzər Lənkəran” üçün isə bu görüş ikiqat əhəmiyyətə malik idi. Birincisi, heç bir vacib əhəmiyyət daşımasa da, “Neftçi” ilə oyunların prinsipiallığı bu qarşılaşmanın gərgin keçəcəyindən xəbər verirdi. Amma bu görüş həm də Mirça Rednikin yetirmələrinin gümüş medalları təmin etməsi üçün vacib əhəmiyyət daşıyırdı. Axı cənublular xal itirəcəyi halda gümüş medallara “Qarabağ”ın da sahib çıxması mümkün idi.
Düzdü, Mirça Rednikin yetirmələri lazımı qələbəni qazana bilmədi. Lakin buna baxmayaraq, onların qorxduğu da olmadı. Yəni “Qarabağ” da AZAL-a qalib gələ bilmədi. Nəticədə çempion “Neftçi”nin ardından “Xəzər Lənkəran” da bu mövsümün gümüş medallarına yiyələndi. Maraq üçün qeyd edək ki, bu, “ağ-yaşıllar”ın tarixindəki 2-ci “gümüş”dü. “Qarabağ” isə artıq ikinci mövsümdü ki, üçüncü yerlə kifayətlənir.
Premyer Liqa
32-ci tur
Bakı - İnter - 0:1 (0:1)
Qol: Rövşən Əmiraslanov, 26
Vərəqə: Arif Daşdəmirov, 90+3 – sarı.
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Mübariz Haşımov, Anar Salmanov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 may 2011. Saat 15:00. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets (7. Mahmud Qurbanov, 63), 5. Stefan Borbikoni, 9. Vaqif Cavadov, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 27. Bəxtiyar Soltanov (39. Ruslan Leviqa, 57), 29. Əziz Quliyev, 32. Aleksey Savinov, 77. Aleksandar Soliç, 85. Jaba (12. Vyaçeslav Sofroni, 57).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 3. Rafael Əmirbəyov, 30. İbrahim Karqbo, 55. Junior Osvaldo.
Baş məşqçi: Aleksandr Starkov.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov (88. Kaxaber Mjavanadze, 72), 9. Rövşən Əmiraslanov, 11. Asif Məmmədov (19. David Odikadze, 46), 12. Filip Despotovksi (15. Vladimir Levin, 57), 13. Bronislav Çervenka (k), 20. Girts Karlson, 21. Arif Daşdəmirov, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 23. Şəhriyar Rəhimov, 32. Robertas Poşkus, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
AZAL - Qarabağ - 3:1 (2:1)
Qollar: Georgi Adamiya, 12 (0:1), Mensur Limani, 41 (1:1), Mirko Bunyevçeviç, 43 (2:1), Enyo Krastovçev, 88 (3:1).
Vərəqələr: Enyo Krastovçev, 6, Mirko Bunyevçeviç, 77, Zohair Benouahi, 86, Elvin Əliyev, 90+2 - Rəşad Sadıqov, 60, Admir Teli, 85 – sarı.
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
18 may 2011. Bakı. “AZAL” stadionu. 2000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 7. Tərlan Xəlilov (15. Qvidas Yuska, 68), 11. Zohair Benouahi (22. Anar Həsənli, 90), 16. Mensur Limani, 17. Vüsal Qarayev (10. Nuqzar Kvirtiya, 46), 21. Mirko Bunyevçeviç, 24. Enyo Krastovçev, 14. Elvin Əliyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 18. Cavid Rəhimov, 6. Ritus Krjauklis, 19. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Nazim Süleymanov.
Qarabağ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov (19. Andrey Rubin, 78), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov (20. Nderim Nedzipi, 60), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 3. Aftandil Hacıyev, 10. Emin İmaməliyev, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi - Xəzər Lənkəran - 1:1 (0:0)
Qollar: Cavid İmamverdiyev, 46 (1:0), Julius Vobay, 47 (1:1).
Vərəqələr: Cavid Hüseynov, 30, Rəşad Abdullayev, 32; 53 - Elnur Allahverdiyev, 30, Uinston Parks, 44, Xristu Kyaku, 80 – sarı; Rəşad Abdullayev, 53 – qırmızı.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 may 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 7500 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 4. Yasin Hima, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov (28. Amit Quluzadə, 90+1), 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev (22. Ruslan Qurbanov, 77), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 19. Mirhüseyn Seyidov, 20. Kərim Diniyev, 26. Tərlan Quliyev, 29. Eltun Yaqublu.
Baş məşqçi: Arif Əsədov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev (7. Ruslan Poladov, 58), 5. Dieqo Souza, 8. Nikolae Muşat, 10. Elnur Abdullayev (18. Alim Qurbanov, 71), 11. Andrey Mureşan, 15. Emeka Opara (17. Xristu Kyaku, 75), 16. Adrian Pit, 27. Manuel Skarlatake, 36. Uinston Parks, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 6. Simao Bruno, 19. İbrahima Banqura, 77. Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.
Hesabat turunun qalan görüşləri bu gün keçiriləcək: MOİK – Turan, Simurq - Gəncə, Qəbələ - Muğan.
|
1
|
Neftçi
|
32
|
19
|
10
|
3
|
53-17
|
67
|
|
2
|
Xəzər Lənkəran
|
32
|
16
|
12
|
4
|
38-18
|
60
|
|
3
|
Qarabağ
|
32
|
17
|
7
|
8
|
41-22
|
58
|
|
4
|
AZAL
|
32
|
13
|
10
|
9
|
36-28
|
49
|
|
5
|
İnter
|
32
|
13
|
10
|
9
|
29-24
|
49
|
|
6
|
Bakı
|
32
|
10
|
10
|
12
|
33-32
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
31
|
12
|
12
|
7
|
29-17
|
48
|
|
2
|
Muğan
|
31
|
13
|
8
|
10
|
28-29
|
47
|
|
3
|
Gəncə
|
31
|
8
|
12
|
11
|
30-33
|
36
|
|
4
|
Turan
|
31
|
7
|
6
|
18
|
23-43
|
27
|
|
5
|
Simurq
|
31
|
3
|
7
|
21
|
16-49
|
16
|
|
6
|
MOİK
|
31
|
3
|
6
|
22
|
10-54
|
15
|
Bombardirlər:
18 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
