19 may 2011 12:30
Qazaxlar millimizlə oyunun hazırlıqlarına başladı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirməyə başlayıb. Azerisport.az xəbər verir ki, artıq onun bu oyun öncəsi təlim-məşq toplanışı üçün heyətə cəlb etdiyi bəzi futbolçuların adları bəllidi.
Qazaxların qarşıdakı toplanışında iştirak edəcək oyunçuların müəyyənləşən siyahısı isə belədi: Mixail Rojkov, Mark Qurman, Kayrat Nurdauletov, Marat Şahmetov və Ulan Konısbayev (hamısı “Lokomotiv”), Andrey Sidelnikov, Samat Smakov, Yuri Loqvinenko, Marat Xayrullin və Sergey Lisenkov (hamısı “Aktobe”), Aleksandr Kislitçın, İqor Yurin və Sergey Qridin (hamısı Tobol).
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də Astanada keçiriləcək.
