19 may 2011 00:18
Köln`ün meneceri: Abışovu iş başında görmək üçün gəlmişəm
Almaniyanın “Cologne” klubunun meneceri Fale Ramadani ölkəmizə səfərə gəlib. Azerisport.az xəbər verir ki, o, səfər çərçivəsində dünən keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçını da stadiondan izləyib.
O, azerisport.az saytına müsahibəsində səfərinin məqsədinin millimizin müdafiəçisi Ruslan Abışovu yaxından izləmək olduğunu deyib: “Gizlətmirəm ki, Bakıya səfərdə məqsədim “Neftçi”nin müdafiəçisi Ruslan Abışovu iş başında görməkdi. Hələlik, heç bir konkret təklif yoxdu. Sadəcə, mən bu oğlanın nəyə qadir olduğunu görmək istəyirdim. Bu haqda sizə ətraflı yalnız iyunun sonlarında nəsə deyə bilərəm”.
