20 may 2011 13:55
Maksim Medvedev: Pulu bizə elə-belə yerə vermirlər
“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev mövsüm başa çatdıqdan sonrakı istirahət dövründən lazımınca yararlana bilməmələrindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq belə situasiyalara alışmışam. Odu ki, adətkərdəyik. Ötən mövsüm ümumiyyətlə cəmi 2-3 gün istirahət imkanı əldə edə bildik. Bu dəfə isə düşünürəm ki, heç olmasa 5 gün istirahət imkanımız olacaq. Nə etmək olar ki? Enində-sonunda biz burdan pul qazanırıq. Onu isə bizə elə-belə yerə vermirlər. Hələ istirahət üçün vaxtımız olacaq”.
