20 may 2011 14:37
Vaqif Cavadov Twente`yə qayıtmayacaq
Hollandiyanın “Twente” klubu icarəyə verdiyi bütün futbolçularını geri qaytarmağa qərar verib. Azerisport.az xəbər verir ki, Enshede klubu icarə əsasında başqa klublarda top qovmuş oyunçularından Dario Vueçevim, Andrea Rendla və Bernard Parkeri yenidən öz heyətində görmək istəyir.
Lakin “Twente”nin geri qaytarmaq istədiyi oyunçular arasında millimizin hücumçusu Vaqif Cavadovun adına rast gəlinmir. Halbuki, Vaqifin də müqavilə ilə məxsus olduğu bu kluba dönəcəyi gözlənilirdi. Hazırda isə Cavadov hələlik icarə əsasında “Bakı”nın oyunçusudu. Lakin paytaxt klubu onunla müqaviləsinin müddətini artırmaqda elə də maraqlı deyil. (goal.com)
