20 may 2011 15:04
Arif Əsədov: İki əlavə futbolçuya ehtiyacımız var
“Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının transfer çalışmaları barədə fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları bildirib:
“Komandanın heyətini 95 faiz saxlayacağıq. Uzaqbaşı 2-3 futbolçunun gedişi mümkündü. Avrokuboklara qədər bizim gücləndirilməsi vacib olan iki mövqeyimiz var. Bunlar qapı və yarımmüdafiə xəttiylə bağlıdı. Əlbəttə, maraqlandığımız oyunçular var. Hətta elə oyunçular var ki, dərhal müqavilə bağlayıb, sıralarımıza qatmaq istərdik. Amma onların öz klubları ilə müqavilələrinin olması buna mane olur”.
