20 may 2011 16:12
Neftçi ÇL-in hazırlıqlarına iyunun 6-da başlaycaq
Yeni Azərbaycan çempionu “Neftçi” 19-cu Azərbaycan çempionatı başa çatan kimi bütün futbolçularını istirahətə buraxıb. Azerisport.az xəbər verir ki, Arif Əsədovun komandası hazırlıqlarını iyunun 6-da bərpa edəcək.
Paytaxt klubu həmin gündən etibarən vəsiqə qazandığı Çempionlar Liqasına və yeni mövsümə hazırlıqlara başlayacaq. İlkin mərhələ Bakıda həyata keçiriləcək. Hazırlığın növbəti mərhələsinin isə hələ də dəqiqləşməyib. Məşqçilər korpusu Türkiyə və Avstriya arasında seçim edir.
