20 may 2011 17:09
Berti Fotqs daha 2 oyunçudan imtina edib, 1-ni dəvət etdi
AÇ-2012-nin qarşıdan gələn Qazaxıstan və Almaniya ilə oyunlarına hazırlaşan Azərbaycan milli komandasının itkiləri çoxalmaqda davam edir. Azerisport.az xəbər verir ki, komandamızın bu gün başlayan toplanışına dəvət olunmuş daha iki futbolçu zədə səbəbindən hazırlıq prosesindən kənarda qalıb.
Bunlar “Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov və AZAL-ın yarımmüdafiəçisi Aqil Nəbiyevdi. Xatırladaq ki, onlardan öncə “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovla AZAL-ın müdafiəçisi Usim Nduka da baş məşqçi Berti Foqts tərəfindən heyətdən kənarlaşdırılmışdı.
Lakin almaniyalı mütəxəssis bu dörd futbolçunun toplanışda iştirak edə bilməməsini nəzərə alaraq, komandamıza yeni futbolçu çağırıb. O, “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanovu toplanışa dəvət edib.
