20 may 2011 18:18
Maksim Medvedev: AZAL-a yenilgi bizə dərs oldu
“Qarabağ”ın və milli komandamızın müdafiəçisi Maksim Medvedev Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun AZAL ilə oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablayıb.
- AZAL-la oyunu necə dəyərləndirərdiz?
- Komanda bu oyuna yaxşı hazırlaşmışdı. Oyuna pis başlamadıq, erkən qol da vurduq. Hər şey necə lazımdı, elə də gedirdi. Birinci hissədə bizim rəqib qapısına daha bir neçə dəfə yol tapmaq imkanımız var idi. Məncə, fasiləyə hətta 3:0 hesablı üstünlüklə də yollana bilərdik. Amma hər şeyə başqa cür alındı. Rəqib ilk 45 dəqiqənin tamamına yaxın iki ardıcıl qol vurdu. Nəticədə bütün komandayla irəli atılsaq da, daha bir top buraxmağımız məğlubiyyəti qaçılmaz etdi.
- Bəs belə oyun sərgiləməyinizə nə səbəb oldu?
- Bilirsiz, bu, futboldu və hər şey ola bilir. Amma düşünürəm ki, bu məğlubiyyət bütün komanda üçün bir dərs olacaq. Daha doğrusu bundan sonrakı oyunlarımıza daha ciddi yanaşmalı olduğumuzu göstərdi.

- Demək istəyirsiz ki, arxayınlığın qurbanı oldunuz?
- Xeyr, biz arxayınlaşmamışdıq. Sadəcə, erkən qolla hesabı açdıqdan sonra düşündük ki, hər şey daha asan olacaq. Bu üzdən sonra yaratdığımız qol vəziyyətlərindən də yararlana bilmədik. Halbuki, o anda növbəti qolları vursaydıq, hər şey tam fərqli olacaqdı. Lakin bir anda hər şey dəyişdi. Düzdü, səhvlər də buraxmağa başladıq ki, sonunda belə aqibətlə üzləşdik.

- Mümkündü ki, Əfran İsmayılovun yoxluğu sözünü dedi?
- Əfranın yüngül zədəsi olduğundan meydana çıxmamışdı. Özünüz başa düşürsüz ki, qazon süni idi və bu üzdən zədə almaq ehtimalı yüksək idi. Axı süni meydançada oynamaq elə də asan olmur. Ən azı biz buna alışıq deyilik. Çoxdan idi belə meydançada oynamırdıq.
- Avrokuboklara vəsiqəni təmin etdiyinizdən demək olar ki, sizin üçün bu oyun o qədər də vacib əhəmiyyət daşımırdı?
- Bizim ilkin vəzifəmiz avrokuboklara düşmək idi. Bu görüşə kimi biz onu təmin etmişdik. Amma ikinci yeri də tutmaq istəyirdik. Amma görünür qismətimizdə üçüncü yeri tutmaq imiş.

- “Qarabağ” üçün mövsüm bitdi, sizin üçün isə hələ yox. Qarşıda millinin oyunları var. Normal istirahət olmadan çətin deyil ki?
- Artıq belə situasiyalara alışmışam. Odu ki, adətkərdəyik. Ötən mövsüm ümumiyyətlə cəmi 2-3 gün istirahət imkanı əldə edə bildik. Bu dəfə isə düşünürəm ki, heç olmasa 5 gün istirahət imkanımız olacaq. Nə etmək olar ki? Enində-sonunda biz burdan pul qazanırıq. Onu isə bizə elə-belə yerə vermirlər. Hələ istirahət üçün vaxtımız olacaq.