20 may 2011 19:44
Sadıqovun komandası ikinci məğlubiyyətinə üzüldü
Rusiya Premyer Liqasında 10-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun açılış matçında azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun çalışdığı “Anji” klubu səfərdə “Terek”in qonağı olub.
Mahaçqala klubu çətin səfər matçından məğlubiyyətlə ayrılıb. Millimizin digər çalışdırıcısı Şahin Diniyevin vaxtilə çalışdığı Qroznı təmsilçisi doğma azarkeşlərinin gözü qarşısında minimal hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Anji” cari mövsümdə ikinci dəfə məğlub olurdu. Bu yenilgidən sonra 16 xala malik Sadıqovun komandası hazırda dördüncü pillədə qərarlaşıb.
