20 may 2011 20:40
Bakı Mahmud Qurbanov və 4 legioner ilə yollarını ayırdı
Sayca 19-cu Azərbaycan çempionatının artıq başa çatmasına baxmayaraq, “Bakı” hələ də məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, artıq “zolaqlılar”ın baş məşqçisi Aleksandr Starkov növbəti mövsüm komandada görmək istəmədiyi futbolçuları uzaqlaşdırmaq üçün əməli fəaliyyətə də başlayıb.
Artıq onun komandadan uzaqlaşdırdığı futbolçulardan altısının adı bəllidi. Belə ki, yerli futbolçulardan Mahmud Qurbanovla Rafael Əmirbəyov, eləcə də Saşa Kaykut, Adnan Bərəkət, Juninyo və Ruslan Leviqa növbəti mövsümdə paytaxt klubunun sıralarında olmayacaq. Lakin həftəsonuna kimi dəvət edəcək məşqlər zamanı daha bir neçə oyunçunun komandadan uzaqlaşdırılması gözlənilir.
