20 may 2011 11:38

Çertoqanov: İnter`lə yeni müqavilə haqda heç düşünməmişəm

“İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 2010/11 mövsümünün yekunlarından danışıb, eləcə də Azərbaycan kubokunun finalındakı şanslarını dəyərləndirib.
 
- Kubokun finalına hansı hisslərlə hazırlaşırsız?
- Bu mövsüm biz çox oyun keçirmişik. Öncə Çempionlar Liqasının oyunları oldu. Ardından da çempionatın, Birlik kubokunun və Azərbaycan kubokunun.
 
- Yəni siz yorulmusuz?
- Azərbaycan kubokunun finalı bəsimizdi.
 
- Demək olar ki, “İnter” “Qarabağ”ın AZAL üzərində qələbəsinə ümid bəsləyirdi?
- Əgər hər şey öz əlimizdədirsə, niyə ki? Əlbəttə, Avropa Liqasına vəsiqəni çempionatdan təmin etsəydik, daha yaxşı olardı. Amma kubokun finalında da belə imkanımız olacaq. “Xəzər Lənkəran”a qalib gəlsək, həm kuboku qazanarıq, həm də avrokuboklara vəsiqə.
 
- “Bakı” ilə oyunda Kaxaber Sxadadze bir dəfə də olsun, sizə öz narazılığını bildirmədi...
- Oyun vaxtı hər şeyə ola bilər. Hər halda artıq hamımızda yorğunluq var və baş məşqçi də bunu başa düşür.
 
- Amma həm də elə görünürdü ki, “İnter” sanki gücünə qənaət edir...
- Belə istidə qaçmaq çox çətindi. Həm də bizi qarşıda “Xəzər Lənkəran”la daha vacib oyun gözləyirdi. Buna görə də çempionatın son oyununda risk etmək istəmirdik.
 
- Mövsümün sonunda sizin “İnter”lə müqavilənizin müddəti başa çatır. Planlarınız?
- Hələlik necə olacağını bilmirəm və bu barədə düşünməmişəm də. Mövsüm başa çatsın, baxarıq. İndi hər şeydən çox istirahət etmək istəyirəm. Baxaq, görək necə alınacaq?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.