20 may 2011 11:49
Foqts millimizin daha bir üzvündən imtina etdi
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan milli komandasının mayın 28-ə qədər davam edəcək təlim-məşq toplanışı başlayır. Azerisport.az xəbər verir ki, qarşıdan gələn AÇ-2012-nin seçmə oyunlarına hazırlaşan komandamız toplanış öncəsi daha bir itki ilə üzləşib.
Belə ki, komandamızın baş məşqçisi Berti Foqts Usim Ndukadan da imtina etmək məcburiyyətində qalıb. AZAL-ın futbolçusu ailə vəziyyəti ilə əlaqədar ölkə xaricində olduğu üçün millinin toplanışında iştirak etməyəcək.
Xatırladaq ki, Ndukadan öncə Foqts “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovu da zədəli olduğu üçün heyətdən uzaqlaşdırmışdı.
