20 may 2011 11:56
Azərbaycan millisi Moldova klubunu məğlub etdi
Moldovanın Kişinyov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Buikani” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində 2 dəfə Seyran Məmmədov fərqlənib. Bir qolun müəllifi isə Xəlil Əhmədov olub.
Qeyd edək ki, bu oyunda yığmamızın heyətində əsasən ehtiyatda qalan futbolçular çıxış edib.
