20 may 2011 12:02
Kubokun final matçının uduşlu biletləri satışda
Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyununun biletləri artıq satışdadı. Azerisport.az xəbər verir ki, biletləri oyunun keciriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.
Qeyd edək ki, final oyunun biletlərinin qiyməti sektordan asılı olmayaraq 1 manatdı. Biletlər final oyunundan sonra azarkeşlər arasında keçiriləcək "Renault Logan" avtomobilinin və digər qiymətli hədiyyələrin oynanılacağı uduşlu lotereyada iştirak edəcək. Çünki, kubokun finalında "Renault Azərbaycan"ın təqdim etdiyi maşın uduşa qoyulacaq. Final oyunundan sonra azarkeşlər arasında keçiriləcək lotereyada sponsor "Renault Azərbaycan" tərəfindən təqdim edilən 1 ədəd "Renault Logan" avtomobili oynanılacaq.
Bundan əlavə kubokun final oyunundan öncə möhtəşəm şou-proqram təşkil olunacaq. Saat 18:30-da başlayacaq konsert proqramında Azərbaycanın estrada ulduzları – Manana və Röya, həmçinin reper Hüseyn Dərya və meyxana ustadları çıxış edəcəklər. "İnter" - "Xəzər Lənkəran" final oyunu saat 20:00-da başlayacaq.
