20 may 2011 00:24
Belçikanın Türkiyə üçün heyəti açıqlandı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən daha biri heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Belçika yığmasının baş məşqçisi Jorj Leekens də Türkiyə ilə seçmə mərhələ oyunu üçün xidmətindən yararlanmaq istədiyi futbolçuların siyahısını müəyyənləşdirib.
Sonuncu oyununda millimiz üzərində 4:1 hesablı qələbəyə sevinən belçikalıların çalışdırıcısı qardaş ölkə təmsilçisiylə oyuna aşağıdakı futbolçuları çağırıb:
Qapıçılar: Simon Minolye, Jan-Fransua Gillet, Тibo Kortua;
Müdafiəçilər: Tobi Alderveyreld, Loren Siman, Vensan Kompani, Nikolas Lomberts, Daniel van Buyten, Yan Vertongen, Tomas Vermalen;
Yarımmüdafiəçilər: Naser Çadli, Kevin de Bryun, Stiven Defur, David Hubert, Dres Mertens, Vadis Ocica, Aleks Vitsel, Timmi Simons, Jel van Damm;
Hücumçular: Eden Hazard, Romelu Lukaku, Marvin Oqunyimi, Yelle Vossen, Byorn Vlemink.
Qeyd edək ki, Türkiyə ilə Belçika arasındakı sözügedən qarşılaşma iyunun 3-də keçiriləcək. Bu komandalardan əlavə millimizin qrupunda Avstriya, Almaniya və Qazaxıstan da yer alır.
