20 may 2011 13:00
Muğan iki futbolçu ilə müqavilə bağladı (FOTO)
“Muğan” rəhbərliyi artıq növbəti mövsümün hazırlıqlarına indidən başlayıb. Azerisport.az xəbər verir ki, Salyan klubunun rəhbərliyi müqaviləsinin müddəti başa çatmaqda olan iki futbolçusu ilə nigah təzələyib.
Bunlar komandanın legionerləridi. 1983-cü il təvəllüdlü serbiyalı müdafiəçi Miloş Zeçeviç, eləcə də 1979-cu il təvəllüdlü bosniyalı arxa xətt oyunçusu Ekrem Hodziç növbəti mövsümdə də “Muğan”ın şərəfini qoruyacaq. Onların hər ikisi ilə mövsümlərarası fasilədə vətəninə istirahətə yollanmamış bir illik müqavilə bağlanılıb.
