21 may 2011 01:14
“Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”
"Neftçi"nin kapitanı Rail Məlikov çempionluq sevincini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun müdafiəçisi bu uğurun davamını avrokuboklarda da davam etdirəcəklərinə söz verib:
"Bizə çempionluq yolunda hər cür şərait yaratdığına görə klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. Premyer Liqanın qalibi olduğumuz üçün sevincimizin həddi-hüdudu yoxdu. Daima bizimlə olan azarkeşlərimizə də minnətdaram. Çempionluğu "Neftçi"nin mərhum əməkdaşları - Rüfət Mehdiyev, Vahid Həmidov və Alim Məmmədovun xatirəsinə həsr edirik. Premyer Liqadakı uğurumuzu Avropa kuboklarında da davam etdirmək istəyirik. İyunun 6-da hazırlığa başlayacağıq. Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".
