21 may 2011 14:13
Aqil Nəbiyev: Mən belə məsələlərə qarışa bilmərəm
AZAL-ın müdafiəçisi Aqil Nəbiyev futbol üzrə ölkə çempionatının 32-ci turu çərçivəsində Qarabağla oyununda (3:1) komandaların oyunu və öz zədləri ilə bağlı azerisport.az-ın müxbirinin suallarını cavablayıb.
- Ağdamlılarla oyunu necə qiymətləndirirsiniz?
- Bu, möhtəşəm qələbə idi. Komanda son vaxtlarda göstərdiyi ən yaxşı oyunu sərgilədi. Nəticə kimi biz, layiqli qələbəyə nail olduq. Bu, bizə dördüncü yeri qorumaq baxımından vacib idi. İndi bizə Azərbaycan kubokunun final oyunundakı nəticəni gözləmək qalır.
- Bu dəfə siz hücum xəttindən razı qaldınız?
- Bilirsiniz, mən konkret olaraq heç kimi təqsirləndirmirdim. Sadəcə mənə bir qədər ağır gəlir. Əgər komanda məğlub olursa, hamı uduzur. Komanda qalib gəlirsə, hamı qalibdir. Beləliklə, biz “Qarabağ”la oyunda çox yaxşı oynadıq və layiq olduğumuz üç xalı aldıq.
- Belə çıxır ki, hesabın oyuna görə olduğunu düşünürsünüz?
- Bəli. Çünki bu qələbə bizə hava kimi lazım idi və biz bunu daha çox istəyirdik. Demirəm ki, “Qarabağ”a qələbə heç lazım deyildi. Sadəcə həmin gün biz buna daha çox ehtiyac duyurduq.
- Görüşün keçirilmə vaxtına sizin münasibətinizi bilmək istərdik. Dördüncü yer uğrunda “təyyarəçilər”in birbaşa rəqibi “İnter” öz oyununu sizin oyundan bir neçə saat qabaq keçirmişdi. Belə çıxır ki, onlar məğlub olsaydı, AZAL tam fərqli futbol göstərərdi?
- Bunun hər hansı səviyyədə təsir göstərəcəyi mümkündür. Ancaq biz hər halda qələbəyə oynayardıq. Oyunların keçirilmə vaxtına gəlincə bu, futbol rəhbərliyinin işidir. Mən belə məsələlərə qarışa bilmərəm. Ən azından mənim belə bir hüququm olmadığına görə. Onlar belə qərara alıblar - bu qərara hörmət etmək lazımdır.
- İndi sizin diqqətiniz “Xəzər Lənkəran” və “İnter”in qarşılaşacağı final oyununa yönəlib...
- Bəli. Səbirsizliklə Mayın 24-nü gözləyirik. O vaxt hər şey həll olunacaq və biz gələcək taleyimizi biləcəyik: avrokuboklara düşəcəyik, yoxsa yox. Son turda AZAL Avropya çıxmaq məsələsini 50 faiz həll edib. Finalın nəticəsini gözləmək qalır və ümüid edirəm ki, hər şey bizim xeyrimizə olacaq.
- Lap yaxın günlərdə siz zədə səbəbi ilə Azərbaycan yığmasından kənarda qaldınız...
- Çoxdandır ki, diz zədəm var. Beləki, son vaxtlar belə oynayıram. İndi yenə özünü göstərdi və hər gün baxış keçirəm, mənə iynə vururlar. Düşünürəm ki, bütün bu müalicə on-on beş gün çəkər. Gələn mövsümə hazırlığın başlanmasına qədər sağalaram.
- Belə çıxır ki, yığmaya qarşıdakı oyunlarda kömək edə bilməyəcəksiniz. Yəqin bu, çox ağırdır. Axı sizi yığmaya xeyli vaxt sonra çağırıblar və indi belə bir hal...
- Əlbəttə, bu, xoşagələn deyil. Yığmaya kömək etməyi çox istəyirdim. Bax, bu da dizim, belə bir vacib məqamda... Burda nə etmək olar?! Yığmaya gələcəkdə kömək edə biləcəyimə ümid edirəm.
- Əlinizin zədəsi də sizi belə narhat edir?
- Yox. Əlbəttə, bəzi ağrılar var. Ancaq bu, məni bir o qədər narahat etmir. Oynamaq olar.
