21 may 2011 15:06
Adamiya Gürcüstan yığmasına çağırıldı
Gürcüstan yığmasının baş məşqçisi Temur Ketsbaya Geiorgi Adamiyanı Gürcüstan yığmasına çağırıb. Azerisport.az xəbər verir ki, Ketsbaya AÇ-2012-nin seçmə mərhələsində Xorvatiya ilə oyuna hazırlıq məqsədi ilə yığmaya cəlb olunmuş 30 futbolçunun siyahısını açıqlayıb.
Bu futbolçular arasında "Qarabağ"ın yarımmüdafiəçisi Adamiya da var. Qeyd edək ki, bu, ağdamlıların yarımmüdafiəçisinin yığmaya ilk dəvtidi. Xatırladaq ki, Adamiya 18 qolla 2010-2011-ci il futbol üzrə Azərbaycan çempionatının bombardiri olub.
