21 may 2011 16:04
Neftçi ÇL üçün hazırlıq planını açıqladı
"Neftçi"nin UEFA Çempionlar Liqasının 2011/12 mövsümü üçün hazırlıq planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, flaqman qitənin ən mötəbər klub turnirinə 2 mərhələdə hazırlaşacaq.
Hazırda istirahətdə olan "ağ-qaralılar" iyunun 6-da bir araya gələcəklər. Türkiyədə keçiriləcək ilk mərhələ iyunun 10-dan 22-dək davam edəcək. Hazırlığın ikinci mərhələsi isə iyunun 26-dan etibarən Avstriyada olacaq. Təlim-məşq toplanışı zamanı komandamız bir neçə yoxlama oyunu keçirməyi plaşlanşdırır.
