21 may 2011 19:01
Türkiyə millisinin də heyəti açıqlandı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan daha bir komanda qarşıdakı oyunları üçün heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, qardaş Türkiyə millisinin çalışdırıcısı Qus Hiddink də Belçika matçı üçün sərəncamında görmək istədiyi oyunçuların adlarını müəyyənləşdirib.
“Ay-ulduzlular”ın iyunun 3-də səfərdə qarşılaşacağı bu komanda ilə oyununa 27 futbolçu dəvət olunub. Onların siyahısı isə aşağıdakı kimidi:
Volkan Demirel, Gökhan Gönül, Emre Belözoğlu, Selcuk Şahin, Semih Şentürk, Mehmet Topuz (hamısı “Fenerbahçe”), Sabri Sarıoğlu, Gökhan Zan, Servet Çetin, Çağlar Birinci, Arda Turan, Kazım Kazım (hamısı “Galatasaray”), Tolqa Zengin, Egemen Korkmaz, Burak Yılmaz, Selcuk İnan, Engin Baytar, Umut Bulut (hamısı “Trabzonspor”), Emre Güngör, Cenk Tosun (hər ikisi “Gaziantepspor”), İsmayıl Köybaşı (Beşiktaş), Serdar Kesimal (Kayserispor), Sinan Bolat (Standard, Belçika), Hamit Altıntop (Real, İspaniya), Gökhan Töre (Chelsea, İngiltərə), Mehmet Topal (Valencia, İspaniya), Mehmet Ekici (Werder, Almaniya).
Maraq üçün xatırladaq ki, Türkiyə və Belçika ilə yanaşı, millimizin qrupunda Almaniya, Avstriya və Qazaxıstan da yer alır.
