21 may 2011 19:14
Juventus baş məşqçisini qovdu
İtaliya A Seriyası başa çatmamış daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, cari mövsümü də boşa verən “Juventus” baş məşqçi dəyişikliyinə əl atıb.
Belə ki, bu gün Turin klubu çalışdırıcısı Luici Del Neri ilə yollarını rəsmən ayırdığını bəyan edib. Bu barədə açıqlama verən Del Neri özü də məlumatı təsdiqləyib. Lakin onun sözlərinə görə, komandanı sabah keçiriləcək mövsümün son oyununa da o, özü çıxaracaq. Lakin ondan sonra “Juventus”la işbirliyi başa çatmış olacaq.
Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə 57 xal toplaya bilən Turin klubu hazırda 7-ci pillədə qərarlaşıb. Lakin son turun görüşündən asılı olmayaraq, “Juventus”un Çempionlar Liqasına qatılmayacağı dəqiqdi.
