21 may 2011 11:38

Jaba: Hafiz Məmmədov mənim üçün ideal şərait yaradıb

“Bakı”nın hücumçusu Jaba azerisport.az saytına müsahibəsində komandasının keçirdiyi uğursuz mövsümdən danışıb, eləcə də öz çıxışını dəyərləndirib.
 
- “Bakı”nın uğursuz mövsümünü nə ilə əlaqələndirərdiz?
- Yayda pis heç də pis görünmürdük. Avropa Liqasında yaxşı oynadıq. Ancaq biz futbolla əlaqəsi olmayan tam başqa bir səbəb nəticəsində turniri tərk etmək məcburiyyətində qaldıq. Mümkündü ki, bizim çıxışımıza məhz bu təsir etdi. Çünki o vaxt mövsümün əvvəli idi. Komanda özünə bənzəmirdi. Jurnalistlər tez-tez soruşurlar ki, “Bakı” niyə bu vəziyyətdədi? Mənsə, konkret problemlərdən danışmağa çətinlik çəkirəm. Hər bir komandada qara zolaq olur. Amma biz bu uğursuz mövsümü unutmağa borcluyuq.
 
- Son mövsümdə “Bakı”nın sükanı arxasında bir neçə mütəxəssis peyda oldu. Bu, futbolçuların çıxışına nə dərəcədə təsir etdi?
- Məşqçilərdən danışmaq çətindi. Sadəcə onu deyə bilərəm ki, hazırlı baş məşqçimiz Aleksandr Starkov futbolçulara hörmətlə yanaşır və “Bakı”ya uğur qazandırmaq istəyir. Komandada böyük nizam-intizam yaradılıb. Bizim Azərbaycan kubokuna böyük ümidləmiz vardı. Finala adlayıb, ordan da avrokuboklara getmək istəyirdik.

- Ötən mövsüm siz təkcə “Bakı”nın yox, bütün çempionatın ən yaxşı oyunçularından idiniz. Bəs bu mövsüm nə baş verdi?
- Jaba təkbaşına meydanda heç nə edə bilməz. Futbol komanda oyunudu. Forvarda dəstəksiz oynamaq çətindi. Problem məndə deyil. Əgər oyun alınmırsa, günah bütün komandadı.

- Siz bir neçə tur ehtiyatda qaldınız. Bu nə ilə bağlı idi? Məşqçi tərəfindən etibarsızlıq?
- Yox. O, sadəcə ehtiyatda qalan futbolçuları yoxlamaq qərarına gəldi. Axı mövsüm sona yaxınlaşır və yəqin ki, heyəti dəyişməli olacağıq. Məşqçi onları iş baışında görmək istədi.  Mən Starkovun qərarına hörmətlə yanaşıram. Çempionatın son oyunları bizim üçün formallığa çevrilib. Ona görə də baş məşqçi məni ehtiyatda saxlayırdı.
 
- Komandada qalacaqsız?
- Mənim “Bakı”yla müqaviləm var və komandada qalmaq istəyirəm. Gizlətmirəm ki, bəzi təkliflər var idi. Amma mənim ürəyim bu komandayla döyünür. Klub prezidenti Hafiz Məmmədov mənim üçün ideal şərait yaradıb. Buna görə də “zolaqlılar”la çempion olmaq istəyirəm.
 
- Azərbaycan çempionatının səviyyəsi bu illərdə dəyişib?
- Böyük dəyişiklik baş verməyib. Hesab edirəm ki, iştirakçı komandaların səviyyələri eynidi. Birinci altılığın demək olar ki, bütün komandaları bərabər idi. Sadəcə onlardan bəziləri həddən çox səhvlər buraxdı. Çempionat özü isə maraqlı alındı. Təəssüf ki, “Bakı” medalsız qaldı.
 
- Son oyunlarda hakimlərdən tez-tez şikayətlənirdiz...
- Mən hakimlikdən danışmağı sevmirəm. Amma hərdən onlar özləri buna məcbur edirlər. Bəzi hakimlər kobud səhvlərə yol verir. Özünüz bilirsiz ki, bu, oyuna necə təsir edir. Futbolçular qələbə qazanmaq istəyir, onlarsa səhvləriylə oyuna mane olur. Ad çəkmək istərmirəm, amma onların bəziləri çox kobud səhvlər buraxırdılar. “Bakı” da bundan əziyyət çəkib.
 
- Yeni mövsümdə özünüzə gəlməyiniz asan olacaq?
- Yayda bizi çoxlu məşqlər gözləyir. Biz avrokuboklarda çıxış etməyəcəyik. Avqusta – çempionatın startına kimi bütün futbolçular hazır olmalıdı. Əminəm ki, komandada xüsusi dəyişiklik olmayacaq. Axı heyətimizə görə biz ölkənin ən güclülərindən biriyik. Növbəti mövsümdə siz tam fərqli “Bakı” görəcəksiz.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.