21 may 2011 12:29
Bakı daha iki oyunçuya qapını göstərdi
“Bakı” daha iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az zəbər verir ki, “zolaqlılar”ın baş məşqçisi Aleksandr Starkov komandanın fransalı müdafiəçisi Stefan Barbikonini, eləcə də moldovalı hücumçu Vyaçeslav Sofronini növbəti mövsümdə heyətdə görmək istəmədiyini bildirib.
Beləcə, paytaxt klubunun uğursuz mövsümdən sonra heyətdən uzaqlaşdırdığı futbolçuların sayı səkkizə çatıb. Belə ki, buna qədər Starkov yerli futbolçulardan Mahmud Qurbanovla Rafael Əmirbəyovu, eləcə də Saşa Kaykut, Adnan Bərəkət, Juninyo və Ruslan Leviqaya qapını göstərmişdi. Lakin yaxın günlərdə daha bir neçə oyunçunun komandadan uzaqlaşdırılması gözlənilir.
