23 may 2011 00:51
Türkiyə çempionatı: Fenerbahçe - çempion! (YENİLƏNİB)
Türkiyə Superliqasında cari mövsümün sonuncu - 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Cari mövsümü demək olar ki, boşa verən “Galatasaray” qapanış matçında “Konyaspor”u qəbul edib. Yeni rəhbərliyinə qovuşan İstanbul klubu kabus mövsümü qələbəylə bitirib. “İstanbul BB” isə dogma meydanda “Manisaspor”la qolsuz heç-heçəyə razılaşıb.
İkinci oyun günündə ötən mövsümün çempionu "Bursaspor" doğma meydanda "Genclerbirliği"ni qəbul edib və minimal hesablı qələbə sayəsində bu il bürünc medallara sahib çıxıb. "Beşiktaş" isə özündən bir pillə öndə qərarlaşan "Gaziantepspor"la qarşılaşıb və tərəflər heç-heçəyə razılaşıb.
Çempionluğun taleyinə isə son oyun günündə aydınlıq gəlib. "Trabzonspor"la eyni xala malik "Fenerbahçe" qalib gələcəyi halda çempionluğunu rəsmiləşdirmiş olacaqdı. "Sarı-lacivərdlilər" "Sivasspor"la çətin səfər qarşılaşmasında bu vəzifənin öhdəsindən gəlməyi bacarıb və 18-ci dəfə Türkiyə çempionu adını qazanıb. "Trabzonspor" da "Karabükspor"u 4 cavabsız qolla yenməsinə rəğmən çempionluq sevinci yaşaya bilməyib.
Türkiyə Superliqası
34-cü tur
20 may
Galatasaray – Konyaspor – 2:0
Qollar: K.Kazım, 11, Kulio, 15.
İstanbul BB – Manisaspor – 0:0
21 may
Ankaragücü - Antalyaspor - 2:3
Qollar: Raynox, 47, Bednar, 56 - Tita, 3, N.Ateş, 14; 44.
Bucaspor - Kayserispor - 3:3
Qollar: Mendi, 15, A.Özgen, 50, M.İncebacak, 58 - Boyraz, 8, Santana, 12, Morits, 80.
Bursaspor - Genclerbirliği - 1:0
Qol: Volkan Şen, 32.
Gaziantepspor - Beşiktaş - 0:0
22 may
Eskişehirspor - Kasımpaşa - 4:0
Qollar: S.Özbayraktar, 5; 80; 85, Dieqo, 60.
Karabükspor - Trabzonspor - 0:4
Qollar: E.Korkmaz, 18, Jaja, 57, U.Bulut, 60; 73.
Sivasspor - Fenerbahçe - 3:4
Qollar: Navratil, 20, E.Kılıç, 65; 90+1 - Santos, 6, S.Şahin, 41, Aleks, 51, Yobo, 67.
| 1 | Fenerbahce | 34 | 26 | 4 | 4 | 84 | - | 34 | 82 |
| 2 | Trabzonspor | 34 | 25 | 7 | 2 | 69 | - | 23 | 82 |
| 3 | Bursaspor | 34 | 17 | 10 | 7 | 50 | - | 29 | 61 |
| 4 | Gaziantepspor | 34 | 17 | 8 | 9 | 44 | - | 33 | 59 |
| 5 | Besiktas | 34 | 15 | 9 | 10 | 53 | - | 36 | 54 |
| 6 | Kayserispor | 34 | 14 | 9 | 11 | 46 | - | 44 | 51 |
| 7 | Eskisehirspor | 34 | 12 | 11 | 11 | 41 | - | 40 | 47 |
| 8 | Galatasaray | 34 | 14 | 4 | 16 | 41 | - | 46 | 46 |
| 9 | Karabukspor | 34 | 12 | 8 | 14 | 46 | - | 53 | 44 |
| 10 | Manisaspor | 34 | 13 | 4 | 17 | 49 | - | 52 | 43 |
| 11 | Istanbul BB | 34 | 12 | 6 | 16 | 40 | - | 45 | 42 |
| 12 | Antalyaspor | 34 | 10 | 12 | 12 | 41 | - | 48 | 42 |
| 13 | Ankaragucu | 34 | 10 | 11 | 13 | 52 | - | 62 | 41 |
| 14 | Genclerbirligi | 34 | 10 | 10 | 14 | 43 | - | 51 | 40 |
| 15 | Sivasspor | 34 | 8 | 11 | 15 | 43 | - | 57 | 35 |
| 16 | Bucaspor | 34 | 6 | 8 | 20 | 37 | - | 65 | 26 |
| 17 | Konyaspor | 34 | 4 | 12 | 18 | 28 | - | 49 | 24 |
| 18 | Kasimpasa | 34 | 5 | 8 | 21 | 31 | - | 71 | 23 |
