21 may 2011 00:44
AÇ-2016-ya ev sahibliyi edəcək şəhərlər açıqlandı
2016-cı ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən ildə Fransada baş tutacaq qitə birinciliyinin oyunları 9 şəhərdə keçiriləcək.
Fransa Futbol Federasiyası artıq həmin şəhərlərin adlarını da açıqlayıb. Bunlar Bordo, Lans, Lill, Lion, Marsel, Nansi, Nitsa, Paris və Sen-Deni şəhərləridi.
Qeyd edək ki, digər şəhərlərin bütün arenaları elə məkana uyğun adlanır. Parisdə isə “Park-de-Prens”, Sen-Denidə də “Stad-de-Frans”a üstünlük verilib. İlk dəfə olaraq 24 yığmanın qatılacağı Avropa birinciliyinin həlledici mərhələsində də ehtiyat şəhərlər qismində Sent-Etyen və Tuluza göstərilir.
