22 may 2011 14:09
Azərbaycanlı futbolçu Rusiya millisində qolla debüt etdi
Azərbaycan əsilli futbolçu Emin Mahmudov Rusiya millisində debüt edib. Azerisport.az xəbər verir ki, Moskva “Spartak”ında çıxış edən həmyerlimiz bu ölkənin gənclərdən ibarət komandasında (U-19) ilk oyununu keçirib.
Bu yaxınlarda aldığı dəvəti müsbət qarşılayan Mahmudov AÇ-2011-in seçmə mərhələsində Rusiyanın İsrail üzərində qələbəsinə töhvəsini verib. Belə ki, şimal qonşularımızın 3:1 hesabıyla qələbə qazandığı qarşılaşmada Emin komandasının ikinci qolunu vurub.
Maraq üçün xatırladaq ki, Mahmudov Azərbaycanda anadan olsa da, Rusiyada yaşayır və bu ölkənin vətəndaşlığını daşıyır.
