22 may 2011 14:22
Xəzər Lənkəran bu gün paytaxta gəlir
May ayının 24-də Azərbaycan kubokunun finalında “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün paytaxta gələcək. Azerisport.az xəbər verir ki, komanda bu gün saat 12:00-da “Fırtınalar Meydanı”nın yardımçı meydançasında kubokun finalı öncəsi son ev məşqinə çıxıb.
Məşq bitəndən sonra futbolçular yarım saatlıq istirahətə buraxılıblar. Daha sonra günorta yeməyinə toplşacan futbolçular yeməkdən sonra da bir saat istirahət edəcəklər. Saat 16:00-da isə komanda Bakıya yola düşəcək.
