22 may 2011 14:44

Vidadi Rzayev: Onlar avrokuboklarda favorit klublarımdı

Azərbaycan futbolunun veteranı Vidadi Rzayev azerisport.az saytına müsahibəsində çempionatın yekunları, bombardirlik yarışı və həmçinin qapıçı problemi haqda danışıb.
 
- Azərbaycan çempionatının yekunlarını necə qiymətləndirərdiniz?
- Hələ martda turnir cədvəlinin ilk üçlüyünü müəyyənləşdirmişdim. Gördüyünüz kimi, haqlıyam: “Neftçi” qalan matçları yüksək səviyyədə keçirdi və turniri qazandı, “Xəzər Lənkəran” və “Qarabağ” mükafatçılar sırasındadı. Əgər xatırlayırsınızsa, “Birlik kuboku”ndan sonra “İnter”in medalsız qalacağını demişdim. Proqnozlar doğruldu. Əlbəttə, bankirlər hələ kuboku qazanaraq mövsümü mükafatla bitirə bilər. Amma bu, çempionatın medalı deyil.
 
- Bu mövsümdə ən çox hansı komanda xoşunuza gəldi?
- “Qarabağ” sabit oyun göstərdi. Qurban Qurbanovun komandası heyətdəki itkilərə baxmayaraq, alqışalayiq oyun göstərdi. Mənə həm də “Neftçi”nin oyunu xoşdu. AZAL xoş mənada təəccübləndirdi. Nazim Süleymanov medallar uğrunda mübarizə aparan döyüşkən komanda yaratmaq bacarığını göstərdi. “Bakı” heç nə edə bilmədi, bu, aydındı. Onlar ilk “altılığ”a belə çətinliklə düşdülər. Bu səbəbdən onlardan nəticə tələb etmək real deyildi. Vinfrid Şeferi dəvət edəndə elə reklam vardı ki... sonda isə heçnəsiz qaldılar.
 
- “Neftçi” bir neçə il keçdikdən sonra yerli mütəxəssis Arif Əsədovun rəhbərliyi altında çempion oldu. Bu barədə nə deyə bilərsiniz?
- Əsədovu qələbə münasibəti ilə təbrik edirəm. O alqışalayiq işlədi. Əminəm ki, Çempionlar Liqasında onlar güclü komanda olacaqlar. Əgər Əsədov Mirça Rednik və Kaxaber Sxadadzeni qabaqlaya bilibsə, deməli, o, avrokuboklarda uğurla çıxış edə bilər.
 
- Hansı komandadan Avropada layiqli oyun gözləyirsiniz?
- Azərbaycanı avrokuboklarda təmsil edəcək hər dörd komanda özünü yaxşı tərəfdən göstərməlidi. Onların maddi problemi yoxdu. Bu halda məşqçilər transferləri yaxşı, məhsuldar həyata keçirməlidilər. Komandalarımızdan hər biri bir mərhələ keçməyə borcludu. “Qarabağ” və “Neftçi”dən xüsusi oyunlar gözləyirəm. Onlar avrokuboklarda favoritlərimdi.
 
- Azərbaycan çempionatında hücumçularla bağlı problemlər qalır...
- Bütün bombardirlərin legionerlər olması məni narahat edir. Mənim Georgi Adamiya və Bahodir Nasimova qarşı heç bir qərəzim yoxdu. Ancaq ölkədə hər bir komanda hücumçularla bağlı çətinliklər yaşayır. “Neftçi” hücumçuları Braziliyada axtarır. “Gəncə”də biz özümüz həmçinin sərhədlərdən kənarda axtarışlar aparırıq. Azərbaycanda iki-üç yaxşı hücumçu var. Bu, üzərində işləməli olduğumuz ciddi problemdi. Əgər belə davam edərsə, onda yığmada da qolsuz qalacağıq. Bizim heyətimizdə Zaur Ramazanov, Xaqani Məmmədov və karyerasını bitirmiş digər hücumçular vardı. Onlar qol vur bilən son oyunçular idi. Buna baxmayaraq futbolumuzun tək problemi bu deyil.
 
- Daha hansı problemlər qalır?
- Qapıçılarla bağlı böyük problemlər var. Kamran Ağayev və Fərhad Vəliyevdən başqa ölkədə normal çərçivə qoruyucusu yoxdu. Əlbəttə, Rauf Mehdiyev və bir neçə digəri də var. Ancaq yığma üçün Ağayev və Vəliyevdən başqa ciddi ad tapmaq mümkün deyil. Həmçinin pleymeykerlərlə bağlı problem var. Düşünürəm ki, beş il sonra bu problemlər həllini tapacaq. İndi ölkədə uşaq çempionatı ilə yanaşı digər yaş qrupları üzrə çempionatlar keçirməyə başlayıblar. Buna görə də yaxşı qapıçılar və oyunçuların yetişməsi üçün vaxt lazımdı.
 
- Bizim oyunçuların xarici klublara mümkün keçidi ilə bağlı nə deyə bilərsiniz?
- Məni bağışlayın, amma bu haqda düşünürəm ki, bizim Azərbaycanda legioner ola biləcək futbolçu hələki yoxdu. Gələcəkdə olacaq, mən buna əminəm. Hamımız bunun xatirinə işləyirik. Ancaq məhz indi inanmıram ki, bizim oyunçularımızdan kimsə gedə, qala və rəqabətdən qorxmaya bilər. Başqa çempionatlarda rəqabət çox böyükdü. Buna hər kəs dözə bilməz.
 
- Yaxın vaxtlarda məlum oldu ki, “Cologne” “Neftçi”nin müdfiəçisi Ruslan Abışovla maraqlanır. Sizcə onun şansları necədi?
- Ona uğurlar arzulayıram. Ancaq sizə bir söz deyim. Azərbaycanda legionerlərə limit var, yəni meydanda səkkiz əcnəbidən artıq oyunçu ola bilməz. Əksər azərbaycanlı futbolçular öz çempionatlarında əsas heyətə düşə bilmirlər. Bəs onda xaricdə necə oynamaq haqda düşünürlər? Mən həmişə demişəm ki, azərbaycanlı futbolçuların əsas problemi rəqabətə öyrəşə bilməməklərindədi. Bizimkilər birdən-birə əsas heyətə düşmək istəyirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.