22 may 2011 02:58
İspaniya çempionatı: Real mövsümü 8, Barsa 3 qolla qapadı
İspaniya La Liqasında cari mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, mövsümün yekun turunun bütün oyunları eyni gündə keçirilib.
Meydana öncə cari mövsümün çempionu adını qazanan lider “Barcelona” ilə “Malaga” çıxıb. Kataloniya təmsilçisi son oyununda da qələbə qazanıb. “Barcelona”nın əsas izləyicisi “Real” da mövsümü qələbəylə bitirib. Özü də möhtəşəm qələbəylə. Belə ki, Madrid klubu doğma meydanda “Almeria”ya düz 8 qol vurub.
Mövsümün yekunlarına görə "Real" və "Barcelona" ilə yanaşı "Valencia" və "Villareal" da Çempionlar Liqasına vəsiqə qazandı. "Sevilla" və "Athletik" isə Avropa Liqasında mübarizə aparacaq.
Ən diqqətçəkən məqam isə "Deportivo"nun La Liqanı tərk etməsi olub. "Almeria" və "Hercules"in ardınca bu komanda da elitayla vidalaşmalı olub.
İspaniya La Liqası
37-ci tur
21 may
Malaga – Barcelona – 1:3
Qollar: Fernandes, 31 – Krkiç, 44-pen, Afellay, 74, Bartra, 85.
Hercules – Sporting – 0:0
Real – Almeria – 8:1
Qollar: Ronaldo, 4; 76, Adebayor, 31; 52; 73, Benzema, 48; 63, Joselu, 87 – Uçe, 31.
Deportivo – Valencia – 0:2
Qollar: Aduris, 4, Soldado, 90.
Espanyol – Sevilla – 2:3
Qollar: Osvaldo, 54, Verdu, 73 – Negredo, 3; 62, Kanoute, 45.
Levante – Zaragoza – 1:2
Qollar: Stuani, 80 – Fernandes, 39; 73.
Mallorca – Atletico 3:4
Qollar: Quzman, 62-pen, Vebo, 71; 90 – Aquero, 12; 59; 81, Xuanfran, 18.
Osasuna – Villarreal – 1:0
Qol: Cejudo, 42.
Racing – Athletic – 1:2
Qollar: K.Bakırçıoğlu, 89 – Lopes, 19, Lyorente, 20.
Real Sociedad – Getafe – 1:1
Qollar: Sutil, 66 – Dias, 9.
| 1 | Barcelona | 38 | 30 | 6 | 2 | 95 | - | 21 | 96 |
| 2 | Real Madrid | 38 | 29 | 5 | 4 | 102 | - | 33 | 92 |
| 3 | Valencia | 38 | 21 | 8 | 9 | 64 | - | 44 | 71 |
| 4 | Villarreal | 38 | 18 | 8 | 12 | 54 | - | 44 | 62 |
| 5 | Sevilla | 38 | 17 | 7 | 14 | 62 | - | 61 | 58 |
| 6 | Athletic Bilbao | 38 | 18 | 4 | 16 | 59 | - | 55 | 58 |
| 7 | Atletico Madrid | 38 | 17 | 7 | 14 | 62 | - | 53 | 58 |
| 8 | Espanyol | 38 | 15 | 4 | 19 | 46 | - | 55 | 49 |
| 9 | Osasuna | 38 | 13 | 8 | 17 | 45 | - | 46 | 47 |
| 10 | Gijon | 38 | 11 | 14 | 13 | 35 | - | 42 | 47 |
| 11 | Malaga | 38 | 13 | 7 | 18 | 54 | - | 68 | 46 |
| 12 | Santander | 38 | 12 | 10 | 16 | 41 | - | 56 | 46 |
| 13 | Zaragoza | 38 | 12 | 9 | 17 | 40 | - | 53 | 45 |
| 14 | Levante | 38 | 12 | 9 | 17 | 41 | - | 52 | 45 |
| 15 | Real Sociedad | 38 | 14 | 3 | 21 | 49 | - | 66 | 45 |
| 16 | Getafe | 38 | 12 | 8 | 18 | 49 | - | 60 | 44 |
| 17 | Mallorca | 38 | 12 | 8 | 18 | 41 | - | 56 | 44 |
| 18 | Deportivo La Coruna | 38 | 10 | 13 | 15 | 31 | - | 47 | 43 |
| 19 | Hercules | 38 | 9 | 8 | 21 | 36 | - | 60 | 35 |
| 20 | Almeria | 38 | 6 | 12 | 20 | 36 | - | 70 | 30 |
