22 may 2011 11:36
Adamiya: Qarabağ`ı millidə ən yaxşı şəkildə təmsil etməyə çalışacam
“Qarabağ”ın forvardı Georgi Adamiya Gürcüstan millisinə dəvət almasından danışıb. Azerispor.az xəbər verir ki, 30 yaşlı hücumçu açıqlamasında bununla bağlı aşağıdakıları vurğulayıb:
“Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu. Düzdü, milliyə dəvət almışam. Amma hələ heç nə bəlli deyil. 30 futbolçu 1 gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiyaya qarşı oynayacağıq. Hər şey toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Əlbəttə, “Qarabağ”da bombardir olmağımın dəvət az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdı. İnşallah, “Qarabağ”ı ən yaxşı şəkildə təmsil etməyə çalışacam”.
