22 may 2011 00:14
Neftçi`nin daha dörd rəqibi müəyyənləşdi
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasındakı daha dörd rəqibinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunlar Çexiya, Slovakiya, Sloveniya və Bolqarıstan çempionatının qalibləridi.
Belə ki, Çexiyada “Victoria”, Slovakiyada “Slovan”, Sloveniyada “Maribor” və Bolqarıstanda “Liteks” cari mövsümün qızıl medallarına sahib çıxıb. Nəticədə onlar Azərbaycan çempionuna rəqib olmaq imkanı qazanıb.
Maraq üçün sonda onu da bildirək ki, “Neftçi”nin ÇL-in təsnifat mərhələsində potensial rəqibləri arasında sadəcə Serbiya, Avstriya və Bosniya çempionlarının adları məlum deyil.
