22 may 2011 00:08
“Avropa Liqasında Azərbaycan klublarıyla oynamaq istərdik”
Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Nikolay Pavlov bildirib ki, UEFA Avropa Liqasında Azərbaycan təmsilçilərindən biri ilə rəqib olmağı arzulayır. Azerisport.az xəbər verir ki, o, təmsil etdiyi klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Avropa Liqasında ikinci mərhələdən başlamaq daha yaxşıdı. Yoxsa, hər hansı “Benfica” və ya “Bayer” düşür və hər şey bitir. Belədə isə, Azərbaycan və ya Moldova klubları ilə qarşılaşıb, bir mərhələ keçmək şansı yaranır”.
