23 may 2011 13:01
Georgiyevki ilə Mitreski milliyə lazım olmadı
Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz AÇ-2012-nin qarşıdan gələn seçmə oyunu üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, makedoniyalıların çalışdırıcısı iyunun 4-də keçiriləcək qarşılaşmaya dəvət etdiyi oyunçuların arasında “Neftçi”də çıxış edən yetirmələrinə yer ayırmayıb.
Maraq üçün bildirək ki, Mirsad Yonuz adətən “ağ-qaralar”ın yarımmüdafiəçisi Slavko Georgiyevskiylə müdafiəçi İqor Mitreskiyə dəvət göndərirdi. Lakin bu dəfə o, sadəcə “İnter”də top qovan Filip Despotovskini sərəncamında görmək istəyib.
Despotovskinin Makedoniya millisinin düşərgəsində sabah keçiriləcək Azərbaycan kubokunun final matçından sonra yollanacağını da qeyd edək.
