23 may 2011 01:03
Neftçi`nin daha bir potensial rəqibi müəyyənləşdi
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasındakı daha bir potensial rəqibinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, İrlandiya çempionatında bütün rəqiblərindən güclü çıxan “Shamrock Rovers” də qitənin ən nüfuzlu klub turnirində çıxış etmək şansı qazanıb.
Qeyd edək ki, “Shamrock Rovers” ikinci təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər sırasında olacaq. Buna isə Bosniyada çempionun “Borac” olması daha çox təsir göstərib.
Lakin hələ də Azərbaycan çempionunun iki potensial rəqibinin kimliyi dəqiqləşməyib. Qeyd edək ki, bunlar Avstriya və Serbiya çempionlarıdı. Avstriyada hazırda çempionluğa daha çox “Sturm Graz”, Serbiyada isə “Partizan” görünür.
