23 may 2011 01:28
Starkov Bakı`nı Sloveniyaya aparır
Son mövsümü tamamilə boşa verən “Bakı” yay hazırlıq planları müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubunun təlim-məşq toplanışının birinci mərhələsini keçirəcəyi məkanın adı bəllidi.
Belə ki, “zolaqlılar” iyunun sonunda Sloveniyaya yola düşəcəklər. Burda iki həftəlik təlim-məşq toplanışı keçəcək Aleksandr Starkovun yetirmələri bir neçə sınaq matçında qüvvəsini sınamağı da planlaşdırır.
Paytaxt klubu hazırlığın ikinci mərhələsi üçün isə ya Almaniyanı, ya da Türkiyəni seçəcək. Maraq üçün qeyd edək ki, bu hazırlıq prosesləri çərçivəsində “Bakı”nın çoxsaylı legionerləri sınaqdan keçirməsi də planlaşdırılır. Onlar barədə yekun qərar isə mayın 25-də qəbul ediləcək.
