23 may 2011 01:35
Chelsea Ançelottini qovdu
İngiltərənin “Chelsea” klubu baş məşqçisi Karlo Ançelotti ilə yollaını ayırıb. Azerisport.az xəbər verir ki, klubun prezidenti Roman Abramoviç komandasının son mövsümdəki uğursuz çıxışının ardından günahların məhz bu mütəxəssisdə olduğunu düşünərək, onu baş məşqçi vəzifəsindən azad edib.
Qeyd edək ki, italiyalı çalışdırıcının “Chelsea”dən ayrılması uzun müddət idi ki, gözlənilirdi. Lakin Premyer Liqada çempionluq şansını son turlara kimi saxlayan London təmsilçisi son fürsətdən də yararlana bilməyincə, Abramoviçin səbr kasası daşıb. Beləcə, bu il qatıldığı bütün turnirlərdən bağıaşağı ayrılan “aristokratlar”ın çalışdırıcısı istefaya göndərilib.
Artıq bu haqda rəsmi qərarını da açıqlayan “Chelsea”nin rəsmi saytı yeni baş məşqçi axtarışlarına çıxdıqlarını təsdiqləyib. Maraq üçün bildirək ki, 2009-cu ildən London klubunun sükanı arxasında çalışan Ançelotti ilk mövsümündə Premyer Liqanın çempionu olmuş, Federasiya kubokunu qazanmışdı.
