23 may 2011 13:43

"Artıq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq vaxtıdı"

“Qarabağ”ın müdafiəçisi Admir Teli vətəni Albaniyaya yollanmazdan önvə azerisport.az saytına müsahibəsində geridə qalan mövsümün ən yaxşılarından biri olmasından danışıb, özünün və komandasının çıxışını dəyərləndirib.
 
Albaniyalı müdafiəçi öncə komandasının mövsümün qapanış matçında AZAL-a gözlənilməz məğlubiyyətindən danışıb (1:3): “AZAL ilə oyuna biz yaxşı başlamışdıq. İlk qolu da biz vurmuşduq və pis görünmürdük. Lakin sonradan hər şey fərqli məcrada davam etməyə başladı. Üstünlüyü rəqibə verib, onların topla daha çox davranmasına imkan yaratdıq ki, sonda da bu, işimizə yaramadı. Rəqibimiz isə bu şanslardan maksimum yararlandı”.
 
Admir fasilədən sonra komandasının ifasında heç nə alınmamasının da səbəbini izah edib: “Bütün komanda ilə irəli atıldıq ki, qol vuraq. Nəticədə müdafiəni unutduq. Bu isə təbii ki, rəqin işinə yaradı. Onlar yaranan boşluqlardan yararlanıb, üçüncü qolu vurdular. İndi biz artıq qarşıya baxmalıyıq. Bu uğursuzluğu mütləq unutmalıyıq. Sadəcə, həmin məğlubiyyət bizə bir dəsr oldu”.
 
“Mövsüm bizim üçün artıq bitib və bundan sonra bütün fikirlərimizi avrokuboklara yaxşı hazırlaşmağa yönəltməliyik. İki il ardıcıl bizə Avropa Liqasının pley-off mərhələsinədək irəliləmək nəsib olub. Lakin bu dəfə çox istəyirik ki, nəhayət qrup mərhələsinə vəsiqə qazanaq. Fikrimcə, bunun əsl vaxtıdı” – deyə, Teli qarşıdakı planlarından danışıb.
 
Teli, sonda Albaniya yığmasına çağırılmasından da danışıb: “Yığma komandaya dəvət olunmağım məni çox sevindirir. Ümid edirəm ki, komandamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina ilə oyununda meydana çıxa biləcəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.