23 may 2011 14:42
Mahmud Qurbanov karyerasını başa vurmaq istəmir
Azərbaycan futbolunun canlı əfsanəsi, veteran futbolçu Mahmud Qurbanov karyerasını başa vurmağa tələsmir. Azerisport.az xəbər verir ki, 38 yaşlı futbolçu daha bir mövsüm top qovmaq niyyətindədi.
Lakin son mövsümü “Bakı”da keçirən təcrübəli futbolçu paytaxt klubuyla yollarını ayırdığından indi başqa klubların təkliflərini nəzərdən keçirir. Bu mənada onun xidmətində daha çox maraqlı olan klub isə “Gəncə”di. Mehman Allahverdiyevin rəhbərlik etdiyi qərb təmsilçisi Mahmudun yenidən Gəncə futbolsevərləri qarşısında çıxışına şərait yaratmaqda maraqlıdı. Qurbanovla 1 illik müqavilə imzalanacağı gözlənilir.
Maraq üçün xatırladaq ki, Azərbaycan futbolunda bir çox rekordların müəllifi olan Mahmud Qurbanov 9 dəfə ölkə çempionu adını qazanıb, 5 dəfə isə kuboku başı üzərinə qaldırıb.
