23 may 2011 15:58
Aleksandr Şoliç: Bakı`sız avrokuboklar azarkeşlər üçün maraqsız olacaq
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində komandasının son oyunundan, boşa verilmiş mövsümdən, eləcə də növbəti mövsümdəki məqsədlərindən danışıb.
- Yəqin ki, komanda “İnter”lə son oyuna motivasiyasız çıxmışdı?
- “Bakı”da həmişə motivasiya olub. Son oyun mövsümü qələbə ilə bitirmək baxımından bizim üçün də vacib əhəmiyyət daşıyırdı. Yaxşı əhval-ruhiyyə ilə meydana çıxmışdıq. Mövsümü major notda bitirmək istəyirdik. Yaxşı oynasaq ki, öz imkanlarımızdan yararlana bilmədik. Əlbəttə, 3 xal bizə heç nə verməyəcəkdi. “İnter” üçün isə qarşılaşmanı qələbəylə bitirmək daha vacib idi. Çünki onlar dördüncü yer üçün vuruşurdular.

- Komandaya bu mövsüm nə olmuşdu?
- Bilmirəm, nə problem var idi. Amma bu mövsüm çox dəhşətli şəkildə keçdi. İndi bunu ancaq unutmaq lazımdı. Hər oyuna çıxanda inanırdıq ki, bu gün artıq qara zolaqdan çıxacağıq. Amma alınmırdı. Amma məncə, “Bakı” belə nəticəyə layiq deyildi. Biz daha yaxşı oynaya bilərdik. Sadəcə, oyunumuz alınmadı. Bizim gücümüz hamıya bəllidi. Amma bu mövsüm bizə qətiyyən düşmədi.

- Bu mövsüm “Bakı”da baş məşqçi dəyişiklikləri də oldu. Bəlkə, uğursuz çıxışda məhz bunun rolu oldu?
- Mən hesab edirəm ki, Avropa Liqasında “Buduçnost”la bağlı qalmaqal bizim çıxışımıza təsirsiz ötüşmədi. Həmin vaxt bu komandanı hər iki oyunda eyni hesabla yendik – 2:1. Lakin baş verən məlum olaylar bütün komanda üçün böyük bir zərbə oldu. Futbolçular tam başa düşə bilmirdilər ki, bu, necə ola bilər? Biz sadəcə əla oynamışdıq, amma mərhələ adlaya bilmədik. Ondan sonra komanda fikrini cəmləyə bilmədi. Fikrimcə, “Bakı”sız bu ilki avrokuboklar azərbaycanlı azarkeşlər üçün elə də maraqlı olmayacaq. Əlbəttə, Azərbaycandan qitəmiqyaslı yarışlara yenə 4 komanda qatılacaq və hamı onlara azarkeşlik edəcək. Amma “Bakı” azarkeşləri yenə öz komandalarını gözləyəcək.

- Yada “Bakı”da böyük dəyişikliklərin olacağı mütləqdi...
- Mən baş məşqçinin qərarlarına hörmətlə yanaşıram. Heyətə gəlincə, mənim hələlik klubla müqaviləm var və daha bir il “Bakı”da qalmaq istərdim. Növbəti mövsüm tam fərqli olacaq. Yayda yaxşı təlim-məşq toplanışı keçəcəyik və ilk turdan etibarən çempionluğa oynayacağıq. Komanda azarkeşləri qarşısındakı inamını ancaq çempion olmaqla qaytara bilər.
- Bəs öz oyununuzla bağlı nə düşünürsüz?
- Ötən mövsüm daha yaxşı oynadığımı deyərdim. Futbol komanda oyunudu. Əgər bir nəfər yaxşı oynamırsa, bu, bütün komandanın çıxışına təsir göstərir. Bu mövsüm mənim zədəm var idi. Nəticədə təxminən 2 ay futbol oynaya bilmədim. Gizlətmirəm ki, siz bu mövsüm ən yaxşı Şoliçi görə bilmədiniz. Amma hamımızda problem var idi. Mənim məqsədim var və ona çatmağı çox arzulayıram. Yayda öz əvvəlki formamı bərpa etmək istəyirəm.
- Ötən mövsüm siz mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilmişdiniz. Bəs bu mövsüm kimi seçərdiniz?
- Bu suala cavab vermək çətindi. Yəqin ki, bu seçimi jurnalistlər daha yaxşı apara bilər. Əgər konkret mənim fikrimi istəyirsizsə, məncə bu, Flavinyodu. O, sadəcə bu mövsümü əla səviyyədə keçirdi. “Neftçi”nin orta sahə oyunçusu ümumiyyətlə bu mövsümün ən yaxşısı seçmək olar. Komandasının çempionluğunda da onun böyük xidmətləri oldu.