23 may 2011 16:04

AFFA da Jabanın Premyer Liqada çıxışına qadağa qoydu

17 may 2011-ci il tarixində FİFA tərəfindən AFFA-ya ünvanlanmaış No 100094 saylı məktubda “Bakı” FK-nın futbolçusu Silvino Joao De Carvalyonun (Jaba) Braziliyanın “İtuano” klubuna olan borcunun faiz hissəsinin ödənilmədiyi göstərilib. Azerisport.az xəbər verir ki, futbolçunun kluba olan borcu (45 545 ABŞ dolları) “Bakı” klubu tərəfindən ödənilsə də, həmin məbləğin faizləri ödənilməyib (27 dekabr 2009-cu ildən 26 noyabr 2010-cu ilə kimi ümumi məbləğin 5 % hesablanır).
 
Bununla yanaşı, futbolçu 10 mart 2008-ci il tarixli İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, “İtuano”nun arbitraj xərclərini də qarşılamalıdı (arbitraj xərcləri: 8648 İsveçrə frankıdı). FİFA tərəfindən ödəmənin son tarixi kimi 25 may 2011-ci il göstərilib.
 
Yuxarıda göstərilənləri nəzərə alaraq, Jabanın AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Lakin ümumi məbləğ ödənildikdən sonra futbolçu barəsində çıxarılan qərar qüvvədən düşəcək.
 
Maraq üçün bildirək ki, artıq “Bakı”nın baş məşqçisi Aleksandr Starkov Jabanı yeni mövsümdə komandasında görmək istəmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.