23 may 2011 16:18
Mahmud Qurbanov: Finalda gözəl oyuna azarkeşlik edəcəm
“Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanov sabah keçiriləcək Azərbaycan kubokunun final matçı üçün proqnoz verməkdən çəkinib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hesab edirəm ki, hər iki komanda finala layiqdi. Onlar 90 dəqiqə qələbə üçün mübarizəni davam etdirəcəklər. Mən gözəl oyuna azarkeşlik etməli olacam. Qoy güclü olan qələbə qazansın”.
Maraq üçün bildirək ki, sabah keçiriləcək həlledici oyunda “İnter”lə “Xəzər Lənkəran” qarşılaşacaq.
